İQTİSADİYYAT


Bu yollarda rənglənmə işləri aparılacaq

Bakı, 2 iyul, AZƏRTAC 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun, “VAZ” dairəsindən Xırdalan dairəsinə kimi hər iki istiqamətdə (gediş-gəliş) iyulun 2-də üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Bundan başqa, paytaxtın Binəqədi rayonu Hüseyn Seyidzadə küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri görüləcək. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.