İQTİSADİYYAT


Bugünədək Poçtap” xidməti ilə 1495 sənəd qəbul olunub

Bakı, 4 sentyabr, AZƏRTAC

Bu günədək “Poçtap” sayəsində “Azərpoçt” MMC-nin filial və şöbələrində 1495 sənəd qəbul olunub.

MMC-dən AZƏRTAC-a bildirilib ki, “Azərpoçt” tərəfindən qəbul olunmuş 1495 sənəddən 460-ı sahibinə çatdırılıb, 1025 sənəd isə aidiyyəti üzrə qurumlara təhvil verilib. Hazırda poçt filialları və şöbələrində 10 sənəd sahibini gözləyir.

Bu xidmət çərçivəsində tapılmış sənədlər poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təhvil verilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olan sənəd müvafiq proqramda qeydiyyata alınır və avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır. Şəxsin kontaktları tapılarsa həmin şəxslə əlaqə yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.