SİYASƏT


Bugünkü Azərbaycanın inkişaf strategiyasının əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar mayın 7-də Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının təşəbbüsü ilə Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ulu öndər Heydər Əliyevə həsr olunan film nümayiş etdirildikdən sonra Ümummilli Liderin həyat və fəaliyyəti, onun təməlini qoyduğu və həyata keçirdiyi böyük layihələr haqqında danışılıb. Çıxış edənlər bildiriblər ki, Ümummilli Liderimizin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti və əzmkar fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın adı bir dövlət kimi dünya tarixinə böyük hərflərlə və əbədi olaraq yazılıb. Diqqətə çatdırılıb ki, hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin formalaşması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsi və regionun iqtisadi-siyasi həyatında mühüm rol oynaması məhz Ulu Öndərin adı ilə bağlıdır və bugünkü Azərbaycanın inkişaf strategiyasının əsasında da Heydər Əliyev ideyaları dayanır.

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində ölkəmiz regionun ən güclü dövlətinə çevrilib, bütün sahələrdə mühüm nailiyyətlərə imza atıb. Azərbaycanın müstəqilliyinin güclü təməl üzərində qurulduğunu qeyd edən natiqlər ölkəmizin beynəlxalq nüfuzunun artdığını, xalqın rifahının getdikcə yüksəldiyini qeyd ediblər.

Sonda Heydər Əliyevin söylədiyi məşhur “Azərbaycan” şeri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.