İDMAN


Builki Formula 1 yarışı Bakıda keçirilmiş əvvəlki Qran-prilərdən kommersiya baxımından uğurlu olub

Bakı, 3 oktyabr, AZƏRTAC

Builki Formula 1 yarışı Bakıda keçirilmiş əvvəlki Qran-prilər arasında kommersiya baxımından ən uğurlusu olub.

AZƏRTAC “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, 2018-ci illə müqayisədə builki yarışın gəliri 50 faiz artıb. Bu il SOCAR yarışın titul sponsoru olub. Bundan başqa, “Bakcell”, “Eurodesign” və AZAL/Silkway şirkətləri yürüşün və yarışdan sonra keçirilən konsert proqramlarının tərəfdaşları kimi çıxış ediblər. Yeni müqaviləyə əsasən, Formula 1 şirkəti 2019-cu ildən etibarən bəzi kommersiya hüquqlarını artıq Bakı yürüşünün təşkilatçısına verib.

Qeyd edək ki, 2019-cu ildə Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas olub. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub. Onun komanda yoldaşı Luis Hamilton ikinci pillədə yer alıb. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.