SİYASƏT
Bundestaqın deputatı öz mövqeyini bir daha təsdiqləyib: Madrid prinsipləri münaqişənin nizamlanmasına gətirib çıxarardı
Berlin, 3 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Almaniyanın “blogs.taz.de” nəşrində Azərbaycan alimi Asif Məsimovun “Dağlıq Qarabağ ətrafında münaqişə: bu da insan haqları barədədir” sərlövhəli növbəti məqaləsi dərc olunub (azertag.az/ru/xeber/1602513).
Materialda “Die Linke” (Solçular) fraksiyasından Bundestaqın deputatı Helin Evrim Zommerə istinad edilir. Zommer bu yaxınlarda bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin hüquqi əsasları mövzusuna toxunub, erməni qoşunlarının Dağlıq Qarabağdan və ona bitişik rayonlardan çıxarılmasına, azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz evlərinə qaytarılmasına çağıran “Madrid prinsiləri”ni reallaşdırmağa səsləyib (https://blogs.taz.de/freiraum/konflikt-um-bergkarabach-hier-geht-es-auch-um-menschenrechte/).
Bu gün deputat öz “Twitter” mikrobloqunda (https://twitter.com/HESommer/status/1311955171988119553?s=08) azərbaycanlı müəllifin materialının adını çəkib və öz mövqeyini bir daha təsdiqləyib. Zommer əlavə edib ki, “Madrid prinsipləri”ndə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi münaqişənin həllini sürətləndirə bilərdi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin