İDMAN


Burak Yılmaz: Oyunlar zamanı Azərbaycan xalqının dəstəyini hiss edəcəyimizdən əminəm

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycanda olmaq bizim üçün xoşdur. Oyunlar zamanı Azərbaycan xalqının sevgisini və dəstəyini hiss edəcəyimizdən əminəm.

AZƏRTAC xəbər verir ki, bunu “Avro-2020”nin A qrupu çərçivəsində iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels millisi ilə qarşılaşacaq Türkiyə yığmasının futbolçusu Burak Yılmaz bu gün təşkil olunan mətbuat konfransında deyib.

Hücumçu bildirib ki, açılış oyunu bizim üçün səfər oyunu idi və biz bunu hiss etdik. Sabah bu hissləri Uels millisi yaşayacaq.

"İlk oyunda müəyyən səhvlərimiz oldu. Bu istiqamətdə məşqçilər korpusu futbolçularla danışıqlar apardı. Problemlərin aradan qalxdığını düşünürəm. Ümid edirəm ki, azarkeşlər sabah İtaliya ilə oyunumuzdan fərqli futbol görəcəklər", - deyə forvard əlavə edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Uels - Türkiyə oyunu saat 20:00-da başlayacaq. Uels seçməsi iyunun 12-də BOS-da İsveçrə ilə heç-heçə edib - 1:1. Türkiyə isə Romadakı açılış matçında İtaliyaya uduzub - 0:3.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.