ELM VƏ TƏHSİL
Buraxılış imtahanlarının nəticələrinə dair statistik məlumatlar
Bakı, 4 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16, 21, 25, 30-da respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, eyni gündə saat 10.00-da buraxılış sinfinin IX, saat 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdiriblər.
Bu imtahanlarda 104.476 nəfər IX , 84.589 nəfər XI sinif şagirdi iştirak edib.
Ümumi (9 illik) və tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair statistik məlumatlarla TQDK-nın rəsmi internet saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]