İQTİSADİYYAT


“Buta Sığorta” ASC -nin sənədsiz səhmləri yerləşdiriləcəkdir

Bakı, 21 aprel (AZƏRTAC). “Bakı Fond Birjası” QSC-yə (BFB) “Buta Sığorta” ASC-nin emissiyanın məbləği 4 milyon manat, qiymətli kağızın miqdarı 200 min ədəd, nominal dəyəri 20 manat olan adi, adlı, sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət olunmuşdur.

Aprelin 23-dən BFB-də “Buta Sığorta” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Səhmlərinin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.