Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bütün elmi tədqiqatların son nəticəsi fermerlərə yönəlib - Əkinçilik Elmi-Tədqiqat İnstitutundan REPORTAJ

Bakı, 21 fevral, AZƏRTAC

Gələn il 70 yaşını qeyd edəcək Əkinçilik Elmi-Tədqiqat İnstitutu öz sahəsində zəngin elmi irsin daşıyıcısıdır. İnkişafında Akademik Cəlal Əliyevin böyük rol oynadığı institut bu gün dənin, toxumun keyfiyyətli analizi, bitki mühafizə, torpaq və bitki analizləri, bitki seleksiyası, toxumçuluq kimi ən mühüm 8 elmi istiqamətdə fəaliyyət göstərir. Elm ocağı 8 şöbə, 5 laboratoriya, 11 təcrübə bazası, 331 nəfər əməkdaşa malikdir. Onlardan 121 nəfəri elmi işçi, o cümlədən 43 nəfəri fəlsəfə, 6 nəfəri elmlər doktorudur. Onların səyi ilə hər il 2565 hektarda 1300 ton dənli, dənli-paxlalı və yem bitkilərinin rayonlaşmış sortlarının orijinal, super-elit və elit toxumları istehsal olunur. Bu toxumlar respublika üzrə fəaliyyət göstərən 120 toxumçuluq təsərrüfatlarını əkin materialı ilə təmin edir.

AZƏRTAC kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Nəsirlinin Əkinçilik Elmi-Tədqiqat İnstitutundan hazırladığı reportajı təqdim edir.

Bərəkət rəmzi olan taxılçılığın inkişafına xidmət edən Əkinçilik Elmi-Tədqiqat İnstitutuna hər dəfə qədəm basanda qəribə hisslər keçirirəm. Əkinçilik Elmi-Tədqiqat İnstitutu beynəlxalq seleksiya mərkəzləri olan SİMMYT və İKARDA, Rusiyanın P.P.Lukyanenko adına Krasnodar Elmi-Tədqiqat Kənd Təsərrüfatı, N.İ.Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatları institutları, Don Dövlət Aqrar Universiteti, V.V.Dokuçayev adına Xarkov Milli Aqrar Universiteti, Türkiyənin Tarımsal Araşdırma İnstitutu, Sakaryadakı Qarğıdalı Tədqiqatlar Mərkəzi, Doğu Akdeniz Tarımsal Araşdırma İnstitutu ilə sıx elmi əlaqələr qurub.

İnstitutun direktoru Cavanşir Təlai qarşıda duran məqsədlərdən danışır: “Bu gün institutun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və ərzaq (paxlalı noxud, mərcimək, soya), yem (yonca, xaşa) və tütün bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərinin yaradılması, onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi-praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi, yayımı, otlaq və biçənəklərin məhsuldarlığının artırılması, yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi istiqamətlərində geniş və əhatəli məqsədlər durur.

Tədqiqat obyektimizə yumşaq və bərk buğda, arpa, çəltik, qarğıdalı, noxud, mərci, soya, yonca, xaşa, tütün daxildir. İnstitutda buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri, davamlı əkinçilik və bitki diversifikasiyası proqramları çərçivəsində dənli, dənli-paxlalı və yem bitkilərinin seleksiyası, toxumçuluğu, fitopatologiyası, entomologiyası, genetikası, fiziologiyası, biokimyası, biotexnologiyası və becərmə texnologiyası ilə bağlı elmi-tədqiqat işləri aparılır”.

Elmi müəssisədə müxtəlif kənd təsərrüfatı bitkilərinin 147 sortu yaradılıb və müxtəlif illərdə institutun 101 sortu rayonlaşaraq, seleksiya nailiyyətləri Dövlət Reyestrinə daxil edilib və patentləşib. Seleksiya nailiyyətləri Dövlət Reyestrinə daxil olan 173 dənli, dənli-paxlalı və yem bitkiləri sortlarının 50 faizdən çoxunun patent sahibi bu elm ocağıdır. Ölkədə buğda əkinlərinin 75-80 faizini, arpanın 90 faizini, qarğıdalı əkinlərinin 75 faizini, noxud və mərci əkinlərinin isə 75 faizini, yonca və xaşanın 65 faizini institutda yaradılmış sortlar təşkil edir.

İnstitutda bu günədək 400-dən çox yüksəkixtisaslı elmi kadrlar hazırlanıb. Onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə və elmlər doktoru alimlik dərəcəsinə layiq görülüblər. Bu alimlərin tədqiqat işlərinin nəticələri 60-a qədər kitab və monoqrafiyada, 219 broşürdə, 3500 məqalə, 38 plakat, 50 buklet, 6 taxıl sortlarının kataloqu və XXIX cildlik elmi əsərlərin məcmuəsində dərc edilib.

Cavanşir Təlai deyir ki, abiotik amillərə - əlverişsiz iqlim amillərinə qarşı davamlı sortların yaradılması istiqamətində, dənin keyfiyyəti ilə bağlı tədqiqatlar aparılır: “Bu gün emal müəssisələrini dənin keyfiyyəti maraqlandırır, əldə olunmuş sortların dən çıxımı öyrənilir, onlardan çörək bişirilərək yoxlanır. Məhsuldarlığın artırılması vacib məsələlərdəndir. Elə sortlarımız var ki, intensiv texnologiyalarda 70-80 sentnerə qədər məhsuldarlıq verir. Mövcud məhsuldarlığın heç olmasa, 50 sentnerə yüksəldilməsi hədəfimizdir. Bu istiqamətdə son illər ölkəmizdə qurulan aqroparklarla əməkdaşlıq edirik. Məsələn, Goranboy rayonunda yerləşən aqroparkda əkilmiş sortların hamısı institutumuzun sortlarıdır. Bu addımlarla elmi biznes dünyası ilə əlaqələndirməyə çalışırıq. Paralel olaraq, yemçilik işinin də elmi şəkildə təşkil edilməsi üçün addımlar atılır. Yemlərin hazırlanması, zootexniki baxımdan qiymətləndirilməsi, təbii resurslardan səmərəli istifadə məsələləri də əməkdaşlarımız tərəfindən tədqiqat mövzularına çevrilib”.

İnstitutda ötən il 6 bitki üzrə 12 sort rayonlaşmaya təqdim edib, bunlardan 5-i yumuşaq, 3-ü bərk buğdadır. Eyni zamanda, 8 intensiv tipli sort toxumlar artıq rayonlaşdırılaraq patentləşdirilib. Ötən ilin ən böyük nailiyyətlərindən biri də Rusiyanın “Avroxim” şirkətinin təqdim etdiyi yeni tərkibli mineral gübrə kompleksinin sınaqlarının aparılması olub, Qobustan və Tərtər bölgə təcrübə stansiyalarında elmi işçilər tərəfindən bu məsələ hərtərəfli araşdırılaraq müsbət rəy verilib. Bunlardan başqa, hibrid qarğıdalı toxumçuluğu, buğdanın seleksiyası və otlaqlarla bağlı 3 layihə hazırlanaraq Elmin İnkişafı Fonduna təqdim edilib.

İnstitutun bölgələrdəki stansiyalarında son illər xarici ölkələrin mütərəqqi texnologiyalarının sahə nümayişləri keçirilir. Bir neçə dəfə minimal torpaq becərmələrinin - sıfır becərmə və tirəli səpin üsullarının sahədə təqdimatı olub, fermerlər məlumatlandırılıb. Bu texnologiyaların resurs mühafizə metodları, səpin normasına qənaət, bitkilərin xəstəliyə tutulma faizinin azalması və digər istiqamətləri çoxsaylı torpaq adamlarına aşılanıb.

Elm ocağının ölkədə aqrar maarifləndirmədə mühüm payı var. Ötən il kiçik istehsalçıları əhatə edən 27 təlim keçirilib, bu təlimlərdə fermerlərə bitki mühafizə tədbirləri, dənli-paxlalı bitkilərin yetişdirilməsi ilə bağlı mühüm biliklər çatdırılıb. Bu ilin iki ayı ərzində isə 6 iri təlim keçirilib.

İnstitutun “Dənin keyfiyyəti” laboratoriyasının müdiri, aqrar elmlər üzrə elmlər doktoru Qətibə Həsənova bizimlə söhbətində deyir ki, burada elmi seleksiyası gedən dənin göstəriciləri yoxlanılır: “Dənin keyfiyyətini təyin etmək üçün natura, şüşəvarilik, yapışqanlıq, zülalın miqdarı və digər analizlər aparırıq. Ən sonda isə hər bir əldə olunmuş sortdan çörək nümunələri bişirərək keyfiyyətini müşahidə edirik. Bir tərəfdən seleksiyaçılara sortalma işində, fermerlərə isə becərdikləri sortların qiymətləndirilməsində kömək edirik. Hazırda 6-dək sortun yoxlamaları aparılır, il ərzində 300 nümunənin çörəyini bişirərək həcmini, keyfiyyətini tədqiq edirik. Keyfiyyət analizləri nümunə üzrə bir həftəyə qədər davam edir. Elmi nəticələr bizə sortlar üzrə unçıxımı, keyfiyyətli çörək alınmasında genetik əsasları haqqında rəy yaradır. Sortların fərdi xüsusiyyətləri var, keyfiyyət elə bir məsələdir ki, ona təsir etməyən amil yoxdur. Elmi araşdırmalarımız bütün dənli məhsullar üzrə aparılır. Bəzən ətraf mühit amillərinə görə fermerlər sortları düzgün seçmirlər, məhsuldarlıqda aşağı nəticələr əldə etdikdə isə mənfi fikirlər söyləyirlər. Unudurlar ki, əkin üçün toxum əldə edəndə torpaq-iqlim amilləri, toxumun genetik gücü kimi amillər ciddi nəzərə alınmalıdır. Hazırda 7 regionda bir sortun xarakterini öyrənirik, bəzən bir sort bütün regionlarda, bəzən isə yalnız bir regionda müsbət nəticələr göstərir”.

Elm ocağında maraqlı laboratoriyalardan biri qocaman alim İmralı Hacıməmmədovun rəhbərlik etdiyi torpaqların aqrokimyəvi analizi laboratoriyasıdır. Ölkəmizin bütün regionlarından gətirilmiş torpaqlar burada bir neçə mərhələli analizdən keçirilir, tərkibi müəyyənləşdirilir və elmi nəticələr yerlərdəki müəssisələrə göndərilir.

Elmi kitabxanada isə institutda təhsil alan gənclərlə rastlaşdım. Elm yolunda kövrək addımlarını atan bu gənclər iddia ilə dedilər ki, aqrar elmin gələcək təmsilçiləri olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar