İQTİSADİYYAT


Bütün növ sementlərə dair yeni dövlət standartları təsdiq edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Ölkədə istehsal olunan bütün növ sementlərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə AZS EN 197-1:2021 “Sement - Hissə 1: Ümumi təyinatlı sementlərin tərkibi, texniki tələblər və uyğunluq meyarları”, AZS EN 197-2:2021 “Sement - Hissə 2: Keyfiyyət göstəricilərinin sabitliyinin qiymətləndirilməsi və yoxlanılması”, AZS ГОСТ 30515-2021 “Sementlər. Ümumi texniki şərtlər” dövlət standartları qəbul edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, standartlar tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Yeni standartlar ümumi təyinatlı sementlərin tərkibini, texniki tələblər və uyğunluq meyarlarını, termin və tərifləri, təhlükəsizlik tələblərini, sementin keyfiyyətinin yoxlanması üçün nümunələrin götürülməsinə dair tələbləri, qəbul qaydalarını, sınaq üsullarını, nəqletmə və saxlanmaya dair tələbləri müəyyən edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.