İQTİSADİYYAT
Bütün taksitlər Milana aparır!
Bakı, 15 may, AZƏRTAC
Kapital Bank BirKart müştəriləri üçün yeni stimullaşdırıcı lotereya keçirir.
Bankdan AZƏRTAC-a bildirilib ki, mayın 15-dən sentyabrın 15-dək partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.
Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 22-si tarixində keçiriləcək tiraj ərzində 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2000 manat qazanacaq.
Qeyd edək ki, BirKartı artıq məvacib və pensiyasını Kapital Bankdan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər Kapital Bankın istənilən filialına kart üçün müraciət edə bilərlər.
BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək taksitlə hissə-hissə ödəmək imkanı, 40 günədək faizsiz kredit xətti, kartda olan tam məbləğin nağdlaşdırılması, həmçinin 10 faizədək “Cash Back” imkanı. Visa kartları əsasında olan BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.