İDMAN


Buzadırmanma üzrə açıq respublika çempionatına start verilib

Qusar, 4 fevral, Pərvin Ələkbərov, AZƏRTAC

Fevralın 4-də Qusarda Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə buzadırmanma üzrə açıq ölkə çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, çempionatın açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, FAIREX-in prezidenti, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və federasiyanın vitse-prezidenti Arzu Rəsulov iştirakçılara uğurlar arzulayıblar. Bildirilib ki, sayca 7-ci olan çempionatın əsas məqsədi Azərbaycanda ekstremal idman növlərini inkişaf etdirmək, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün Azərbaycan milli komandasını hazırlamaqdır.

Müvafiq beynəlxalq idman qurumlarının qaydalarına əsasən təşkil olunan çempionatda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 26 komandanın heyətində 80-dən çox idmançı mübarizə aparır. Çempionatın final mərhələsi fevralın 5-də keçiriləcək. Qaliblər federasiya tərəfindən diplom və medallarla mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.