“CƏNUBİ-QƏRBİ QOBUSTAN” YATAĞINDA YENİ QUYULAR QAZILACAQDIR HAZIRDA YATAĞIN SEYSMİK VƏZİYYƏTİ ÖYRƏNİLİR
AzerTAg.az
Azərbaycan Dövlət Neft Şirkəti Qobustan Əməliyyat Şirkətinin 2004-cü il üçün nəzərdə tutulan fəaliyyət proqramını təsdiq etmişdir. Əməliyyat şirkəti “Cənubi-qərbi Qobustan” yatağında 4 kəşfiyyat və 8 istismar quyusu qazacaqdır.
ARDNŞ-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda yatağın Xəzərsahili hissəsinin seysmik vəziyyəti öyrənilir. Tədqiqat işləri bu ilin martında yekunlaşmalıdır. Aparılan tədqiqatların nəticəsindən asılı olaraq, yeni quyuların, o cümlədən 5-ci kəşfiyyat quyusunun yeri dəqiqləşdiriləcək və seysmik kəşfiyyat işləri başa çatdırıldıqdan sonra qoyulacaq vəsaitin həcmi müəyyənləşdiriləcəkdir. Keçən il isə burada 6 istismar və 1 kəşfiyyat quyusunun qazılmasına 15 milyon ABŞ dolları sərf olunmuşdu.
Xatırladaq ki, “Cənubi-qərbi Qobustan” ərazisinin üç blokdan ibarət müqavilə sahəsi 604 kvadratkilometrdir.
Xəbərin mətnində orfoqrafik səhv var