SİYASƏT
CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏKİ MƏHKUMLARINYAZIŞMALARI ÜZƏRİNDƏKİ NƏZARƏT YUMŞALACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dəyişikliklə bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov məlumat vermişdir. O demişdir ki, Prezidentin imzası ilə parlamentə təqdim olunmuş layihə insan hüquqlarının müdafiəsinə xidmət edir.
Sənəddə məhkumlar tərəfindən alınan və göndərilən yazışmaların senzuradan keçirilməsi qaydaları dəyişdirilir. Belə ki, əvvəllər məhkumlar tərəfindən alınan və göndərilən yazışmaların hamısı senzuradan keçirilirdi. Yeni dəyişiklikdə isə deyilir ki, “məhkumların müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onlar tərəfindən alınan və göndərilən yazışmalar cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən senzuradan keçirilir”.
Layihəyə edilən dəyişiklik səs çoxluğu ilə qəbul olunmuşdur.