ÇİNDƏ 5,9 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLMUŞDUR

Xarici informasiya agentliklərindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, avqustun 17-də Çinin Daxili Monqolustan muxtar rayonunda Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş vermişdir. Yeraltı təkanlar Bayrin Szuqsi və Xorsin Si şəhərlərində böyük dağıntılar yaratmış, nəticədə 2 nəfər ölmüş, 42 nəfər yaralanmışdır.

Hazırda yerli hakimiyyət orqanları tərəfindən xilasetmə işləri aparılır, zərər çəkənlərə yardım göstərilir, yaşayış məntəqələrində dağıntıların miqyasını və təbii fəlakət nəticəsində dəymiş iqtisadi ziyanı müəyyənləşdirmək üçün tədbirlər görülür.

Daxili Monqolustan rayonunda bu gücdə zəlzələ sonuncu dəfə 700 il əvvəl qeydə alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.