Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ÇİN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA SƏFƏRİ
MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsi sədrinin müavini Timur Davamatın başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti iyunun 18-də Milli Məclisdə Azərbaycan-Çin dostluq cəmiyyətinin üzvləri ilə görüşmüşdür.

Cəmiyyətin sədri, Milli Məclisin deputatı, akademik Cəlal Əliyev görüşü açaraq, qonaqları cəmiyyətin üzvləri və bütün Milli Məclis adından səmimiyyətlə salamladı. O, Azərbaycan-Çin münasibətlərindən danışaraq dedi ki, bu münasibətlərin kökləri uzaq keçmişə gedib çıxır. İki xalq arasında sıx qarşılıqlı əlaqələr sovet hakimiyyəti illərində də mövcud olmuşdur. Çin nümayəndələri Azərbaycanda işləyirdilər, bizim mütəxəssislərimiz isə dost ölkədə öz ixtisaslarını təkmilləşdirirdilər. Azərbaycan müstəqillik qazandıqdan sonra əlaqələrin genişlənməsində mühüm irəliləyiş baş vermişdir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan suveren Azərbaycan dövləti demokratik dəyərlərə və islam dəyərlərinə böyük önəm verir. Yüksək intellektual və mədəni potensiala malik olan ölkəmizdə Şərqdə ilk opera yaradılmış, balet sənəti inkişaf etmişdir. Azərbaycan çox böyük mədəni irsə malik Çin ilə sıx əməkdaşlığın olmasını istəyir.

Cəlal Əliyev Azərbaycanda gedən dəyişikliklərdən söhbət açaraq dedi ki, 1993-cü ildə Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra burada geniş və intensiv islahatlar aparılmağa başlandı, torpaq kəndlilərə verildi. Fermer təsərrüfatlarının uğurlu inkişafı nəticəsində indi Azərbaycan kənd təsərrüfatı məhsulları ilə nəinki özünü təmin edir, həm də onları müxtəlif ölkələrə göndərir. Bundan əlavə, sənayedə də özəlləşdirilmə gedir.

Cəlal Əliyev bildirdi ki, ölkəmiz üçün ən ciddi problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. O, bu problemin səbəb və nəticələrindən ətraflı danışaraq, ölkəmizin ədalətli mövqeyini dəstəklədiyi üçün Çin tərəfinə təşəkkürünü bildirdi.

Çin nümayəndə heyətinin rəhbəri Timur Davamat qarşılıqlı surətdə faydalı münasibətlərin inkişafından bəhs etdi, ölkəmizi Çinin dostu və tərəfdaşı adlandırdı.

Görüşdə Dostluq cəmiyyətinin üzvləri - Azərbaycanın xalq artisti Həsən Məmmədov və Milli Məclisin deputatı Rəbiyyət Aslanova da çıxış etdilər.

X X X

NAZİRLƏR KABİNETİNDƏ QƏBUL

Həmin gün Azərbaycanın baş naziri Artur Rasizadə Çin nümayəndə heyətini qəbul etdi.

Baş nazir qonaqları səmimi salamlayaraq dedi ki, ÇXR-in belə mötəbər nümayəndə heyətinin səfəri ikitərəfli münasibətlərin inkişafı yolunda daha bir addımdır. O, dövlət və hökumət başçılarının Almatıda keçirilmiş sammitində Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen ilə görüşü barədə də qonaqlara məlumat verdi.

Artur Rasizadə ikitərəfli iqtisadi əməkadaşlığın perspektivlərindən danışaraq bildirdi ki, bütün güclü dövlətlər kimi, Çin də böyük potensiala malikdir. Bu ölkənin Azərbaycanla iqtisadi əməkadşlığın inkişafına böyük diqqətlə yanaşması faktı hörmətə layiqdir. Baş nazir xüsusi varğuladı ki, iki ölkə arasında qarşılıqlı surətdə faydalı əməkadaşlığın əsası Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri zamanı qoyulmuşdur. Həmin səfər zamanı imzalanmış sazişlər münasibətlərimizin hüquqi əsasını yaratmışdır.

Sonra Artur Rasizadə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilərkən ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə öz minnətdarlığını bildirdi. O həmçinin dedi ki, Azərbaycan Tayvan məsələsində ÇXR-in mövqeyini dəstəkləyir, bu ölkənin ərazi bütövlüyünə hörmət edir.

Timur Davamat səmimi qəbula görə minnətdarlığını bildirərək, Bakıda keçirdiyi görüşlər barədə ətraflı məlumat verdi. O, eyni zamanda, Çin parlamentinin sədri Li Penin salamını baş nazirə çatdırdı.

Sonra Timur Davamat Çində həyata keçirilən iqtisadi islahatlardan danışaraq dedi ki, özəl bölmənin inkişafı nəticəsində Çin əhalisinin sosial vəziyyəti yaxşılaşmışdır. O, bunu da əlavə etdi ki, ötən il Çinlə Azərbaycan arasında əmtəə mübadiləsi 15 milyon dollar təşkil etmiş, bu il isə həmin göstəriciləri artırmaq nəzərdə tutulmuşdur. Bundan əlavə, cari ilin mart ayında Çinin neft şirkəti neft yatağının işlənilməsi üzrə tenderin qalibi olmuş və bu sahəyə 52 milyon dollar qoymuşdur.

Qəbulda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Çinin Bakıdakı səfiri Çjan Siyun iştirak edirdilər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi