ÇİN ŞİRKƏTİ İRANDA METRO TİKƏCƏK

AZƏRTAC Sinxua Agentliyinə istinadla xəbər verir ki, Çinin Şimal Sənaye Korporasiyası (NORİNKO) Tehranda metro tikintisi üçün elan edilmiş müsabiqədə qalib gəlmişdir. Müqavilənin dəyəri 836 milyon dollardır.

19 kilometr uzunluğunda metro xətti NORİNKO-nun İran paytaxtında tikdiyi ikinci xətt olacaqdır. Əvvəlki layihə 1996-1999-cu illərdə həyata keçirilmişdir.

Son illər Pekin və Tehran arasında iqtisadi əməkdaşlıq fəal inkişaf edir. ÇXR İranda energetika obyektlərinin, avtomobil yollarının, hava limanlarının tikintisində, telekommunikasiya şəbəkəsinin modernləşdirilməsində iştirak edir. İran isə Yaxın Şərq regionundan Çinə neft göndərən əsas ölkədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.