DÜNYA


ÇXR Xarici İşlər Nazirliyi ABŞ-ni TikToka təzyiq etməməyə çağırıb

ÇXR Xarici İşlər Nazirliyi ABŞ-ni TikToka təzyiq etməməyə çağırıb

Bakı, 16 mart, AZƏRTAC

Çin ABŞ-ni TikTokun fəaliyyətinə və onun sahiblərinə təzyiq göstərməməyə çağırır.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, ÇXR XİN nümayəndəsi Van Venbinin sözlərinə görə, ABŞ TikTok sosial şəbəkəsinin Birləşmiş Ştatların milli təhlükəsizliyinə təhdid yaratdığı barədə sübut təqdim etməyib. “Vaşinqton yanlış məlumat yaymamalı və “ByteDance” kompaniyasının fəaliyyətinə mane olmamalıdır”, - deyə o əlavə edib.

Bir müddət öncə Ağ ev TikTok sosial şəbəkəsinin çinli sahiblərinin öz hissələrini satmaları tələbini irəli sürüb və əks halda tətbiqin Birləşmiş Ştatlarda tam qadağan ediləcəyi ilə hədələyib.

ABŞ hakimiyyətinin fikrincə, mənzil-qərargahı Çində yerləşən “ByteDance” kompaniyasına məxsus TikTok tətbiqi Pekin tərəfindən amerikalı istifadəçilərin məlumatlarını toplamaq üçün istifadə edilə bilər. Birləşmiş Ştatlarda TikTok istifadəçilərinin sayı 100 milyon nəfərdən çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.