DÜNYA
Çanaqqala boğazından keçən gəmidə baş verən yanğın söndürülüb
Ankara, 9 yanvar, AZƏRTAC
Yanvarın 9-da Türkiyə vaxtı ilə saat 22:30-da Çanaqqala boğazının Gocuk burnu yaxınlığında “Qezban” adlı quru yük gəmisinin mühərrik hissəsində baş verən yanğın söndürülüb.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın Lavrion limanından Türkiyənin Yalova limanına doğru hərəkət edən “Qezban” gəmisində baş verən yanğın Çanaqqala boğazında hərəkətə mane olmayıb. Bildirilir ki, yanğına çevik müdaxilə sayəsində təhlükə aradan qaldırılıb.
Qeyd edək ki, Türkiyənin dövlət bayrağı altında üzən və 193 metr uzunluğu olan “Qezban” gəmisi 2010-cu ildə inşa olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]