Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Çanaqqala zəfərinin təntənəsi Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə dövlət səfəri zamanı Çanaqqala zəfərinin 100 illiyini ölkəmizin Türkiyə Respublikası ilə birlikdə qeyd edəcəyini bildirdi. Dövlətimizin başçısının bu bəyanatı xalqlarımızın ciddi sınaqlardan çıxmış sarsılmaz birliyinə və hazırda yeni tarixi şəraitdəki möhkəm və etibarlı həmrəyliyinə dövlət səviyyəsində verilən yüksək qiymət və ona bəslənilən böyük inamı bir daha ön mövqeyə çəkməsi deməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin “Çanaqqala zəfərinin təntənəsi Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur” adlı məqaləsində öz əksini tapıb.

Məqalədə bildirilir ki, Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsinə dair qəbul olunmuş qərar qardaş ölkənin ərazilərinin düşmən əsarətindən qurtuluşunda həlledici rol oynamış tarixi hadisənin, böyük dönüş məqamının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, Türkiyədə və ümumən türk dünyasında müstəqil dövlətçiliyin, torpaq və vətən ideallarının daha da qüvvətlənməsinə təkan verəcək mühüm hadisə olacaq. Çanaqqala zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsl qardaşlıq nümunəsi göstərmiş, böyük qurtuluş savaşında könüllü iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə və həmrəy olduqlarını, həmin tarixi savaşından çıxan ibrət dərslərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığının dünya ictimaiyyəti qarşısında nümayişinə xidmət edir.

Azərbaycan tarixçilərinin Türkiyə Respublikasının milli istiqlal uğrunda mübarizəsinə dair apardıqları tədqiqatlar, ədəbiyyatımızda Çanaqqala döyüşlərinə və qardaşlıq köməyinə həsr olunmuş bədii əsərlər yubiley tədbirlərində alimlərimizin dərin və əsaslı elmi söz demələrinə geniş imkanlar yaradır. Buna görə də Azərbaycan Milli Elmlər Akademiyasının alimləri Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə yad edilməsi ilə bağlı bəyanatını ürəkdən bəyənir və dəstəkləyirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti XX əsrdə xalqlarımıza qarşı bir neçə dəfə soyqırımları həyata keçirmiş Ermənistanın təcavüzkarlığına həsr edilmiş beynəlxalq elmi konfrans keçirməyi nəzərdə tutur. Konfransda Türkiyədən də tarixçi alimlərin iştirakı təmin olunacaq, qardaş ölkənin istiqlal mübarizəsi, Çanaqqala savaşı zamanı baş vermiş proseslərdən geniş söz açılacaq. Müasir şəraitdə Azərbaycan və Türkiyə alimlərinin beynəlxalq tədbirlərdə birlikdə vahid mövqedən çıxış etmələri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin, tarix və zaman qarşısındakı birgə cavabdehlik hissinin real göstəricisidir.

Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunmasına verdiyi yüksək dəyər ictimai və humanitar sahənin alimlərinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyur. Bu, ortaq tariximizin və taleyimizin ən mühüm hadisələrinin açılmış arxivlər əsasında birgə araşdırılmasına və vahid obyektiv mövqedən qiymətləndirilməsinə daha fəal və məsuliyyətlə yanaşmağı tələb edir. Bu mühüm vəzifənin əhəmiyyətini və məsuliyyətini dərindən dəyərləndirən Azərbaycan alimləri Çanaqqala hadisələri zəminində əldə edilmiş çoxsaylı tarixi sənədlər və elmi qənaətlər əsasında dünyaya haqqın, ədalətin və birliyin gücünü göstərmək üçün bütün imkanlarını səfərbər edəcəklər.

AMEA-nın Azərbaycanlılara qarşı soyqırımların tarixi komissiyasının gördüyü işlər və həyata keçirdiyi tədbirlər həm Çanaqqala, həm də Dağlıq Qarabağ-Xocalı hadisələrinin daha dərindən tədqiq olunub öyrənilməsinə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına kömək edir. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış Qafqazşünaslıq İnstitutunun fəaliyyəti də Azərbaycan və türk xalqlarına qarşı aparılmış soyqırımı aktlarının, əsassız iddiaların dərindən öyrənilməsinə, hər iki ölkənin alimlərinin səylərinin yaxından əlaqələndirilməsinə geniş imkanlar açacaq.

Qeyd edək ki, hazırda AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi Aqrar Elmlər Bölməsi ilə birlikdə Azərbaycanda, Şərqi Anadoluda və Qərbi Azərbaycan ərazilərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi coğrafiyasını əks etdirən xəritələrin elektron variantlarının hazırlanması üzərində iş aparır. Bundan başqa, AMEA Memarlıq və İncəsənət İnstitutunun bazasında Akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarında çalışan əməkdaşların azərbaycanlılara qarşı soyqırımların tarixini, faciəli məqamlarını əks etdirən rəsm əsərlərindən ibarət sərginin təşkili üçün də hazırlıq tədbirləri həyata keçirilir.

Ümumiyyətlə, Çanaqqala zəfərinin 100 illiyinin təntənəsi prosesində nümayiş etdiriləcək Azərbaycan-Türkiyə birlik və həmrəyliyi bizi Dağlıq Qarabağdakı əzəli torpaqlarımızın geriyə qaytarılacağı günə daha da yaxınlaşdırır. Bütövlükdə Türkiyədə Çanaqqala zəfərinin 100 illik nümayişləri Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb