MƏDƏNİYYƏT


“Çapar” jurnalının təqdimatı keçirilib

Bakı, 11 mart, AZƏRTAC

Hədəf STEM Liseyində “Çapar” tarix jurnalının və Dilqəm Əhmədin “Milliyyəti Türk” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda professor Ədalət Tahirzadə, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova başda olmaqla ölkənin tanınmış ziyalıları, jurnalistlər və oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Çapar” jurnalının təsisçisi Yusif İlhamoğlu nəşr haqqında və “Çapar Yayınları” seriyasından çap edilən kitablar barədə geniş məlumat verib.

Daha sonra jurnalın baş redaktoru Dilqəm Əhməd yeni çap olunan kitabı və tərtibatçısı olduğu “Ergenekon bayramı” kitabı haqqında danışıb.

Təqdimatda Ə.Tahirzadə, S.Tohidi, Əkbər Nəcəf, Şəmil Sadiq və digər qonaqlar Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı mövzusunda çıxış edib, “Çapar” dərgisinin Azərbaycan mətbuatında önəmli yer tutacağını bildiriblər.

Hədəf STEM liseyinin qurucu-direktoru filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq 50 kitabdan ibarət “XAN” Nəşriyyatının çap etdiyi xatirə ədəbiyyatı dəstini “Çapar” jurnalının kitabxanasına hədiyyə edib.

Tədbirdə D.Əhmədin kolleksiyasında olan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə aid nadir fotoşəkillər, sənədlər nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.