İDMAN


“Çelsi” klubu Kristian Pulişiçi transfer edəcək

Bakı, 29 dekabr, AZƏRTAC

İngiltərənin “Çelsi” klubu “Borussiya Dortmund”un futbolçusu Kristian Pulişiçin transferi barədə razılığa gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Almaniya klubu transfer üçün ən azı 50 milyon avro istəyib və “Çelsi” bu məbləğə razılaşıb.

Amerikalı oyunçu cari mövsüm bütün turnirlərdə 18 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu ABŞ milli komandasının heyətində 23 oyuna 9 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.