İDMAN
Çempionlar Liqası və Avropa Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 12-də UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bütün görüşlər argentinalı futbolçu Emiliano Salanın xatirəsinə həsr olunacaq. Həmçinin bildirilir ki, hər bir futbolçu meydana qara lentlə çıxacaq.
Xatırladaq ki, 28 yaşlı argentinalı futbolçu Fransanın “Nant” klubundan Uelsin “Kardiff Siti” komandasına 21 milyon avro müqabilində transfer olunub. O, yanvarın 21-də yeni klubunun heyətində ilk oyunda iştirak etmək üçün uçarkən Gernsi adası üzərində təyyarə radarlardan itib. Uzun sürən axtarışlardan sonra təyyarənin qalıqları La Manş boğazından tapılıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb. Emiliano Sala Uels təmsilçisinin tarixində ən bahalı transfer olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]