DÜNYA
Çexiya hökumətinin formalaşdırılması Babişə tapşırılıb
Praqa, 1 noyabr, AZƏRTAC
Çex Respublikasının Prezidenti Miloş Zeman yeni Nazirlər Kabinetinin formalaşdırılmasını ANO partiyasının sədri, parlament seçkilərində qalib gəlmiş Andrey Babişə etibar edib.
AZƏRTAC xəbər verir ki, Prezident ölkənin gələcək Baş naziri olması ehtimal edilən Babişlə şəhərətrafı iqamətgahda görüşüb. Andrey Babiş parlamentdə azlıq təşkil edən partiyalardan ibarət hökumət kabinetini noyabrın 20-dək tam formalaşdırmaq niyyətindədir, çünki parlamentdə təmsil olunmuş digər partiyalar koalisiyalı Nazirlər Kabineti çərçivəsində əməkdaşlıqdan imtina ediblər.
Yeni Nazirlər Kabineti yalnız hazırda fəaliyyətdə olan hökumətin istefasından sonra təyin edilə bilər. Bundan əvvəl yeni çağırış Parlament Palatasının iclası və spiker seçkisi keçirilməlidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]