DÜNYA


Çexiyada ordunun say tərkibi artırılacaq

Praqa, 28 iyul, AZƏRTAC

Çexiya ordusu Baş Qərargah rəisinin müavini İrji Baloun bildirib ki, 2026-cı ilədək Silahlı Qüvvələrin say tərkibinin 30 min nəfərə çatdırılması planlaşdırılır. AZƏRTAC xəbər verir ki, hazırda ölkədə hərbçilərin sayı 21 nəfərə yaxındır.

Baş Qərargah rəisinin müavini qeyd edib ki, mövcud hərbi hissələrin ştat vahidi 25 min hərbçiyədək artırılacaq və Silahlı Qüvvələrin yeni növlərində - kibernetika qoşunları, robot texnikası və digər yüksək texnologiyalar şöbələrində daha 5 min yer açılacaq.

Artıq Brno Universitetində ordunun ehtiyacları üçün kibernetika sahəsində yeni ixtisas üzrə tədris aparılması nəzərdə tutulur.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.