CƏMİYYƏT
Çeyildağ qəsəbəsinin sakinləri ilə səyyar görüş təşkil edilib
Bakı, 20 may, AZƏRTAC
Mayın 19-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbəsində səyyar qəbulu təşkil edilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Çeyildağ qəsəbəsinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qobustan qəsəbə sakinləri onları narahat edən nəqliyyat məsələləri, asfalt örtüyünün salınması, su və kanalizasiya sistemində olan nasazlıqlarla bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. Bəzi müraciətlər yerindəcə həll edilib, digər məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildiriblər və yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.