DÜNYA


Çikaqoda silahlı hücum nəticəsində dörd nəfər həlak olub

Bakı, 15 iyun, AZƏRTAC

Bu gün səhər saatlarında ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı) baş verən silahlı hücum nəticəsində azı dörd nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABC telekanalı yerli polis orqanlarına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, evlərdən birində mübahisədən sonra atəş açılıb. Yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Polis insidentin təhqiqatına başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.