İDMAN


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İspaniya yığması ilə qarşılaşıb

Bakı, 22 iyul, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Moskvada təşkil olunan dünya çempionatının seçmə oyunları çərçivəsində İspaniya yığması ilə qarşılaşıb.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, görüş rəqibin 10:5 hesablı qələbəsi ilə başa çatıb.

Comərd Baxşəliyev və Sabir Allahquliyevin dubl etdiyi oyunda millimizin digər qolunu Amid Nazarov vurub.

Komandamız qrupda sonuncu oyununu bu gün Latviya yığmasına qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.