İDMAN


Çimərlik voleybolu üzrə turnirin qalibləri müəyyənləşib

Bakı, 13 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar çimərlik voleybolu üzrə turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, Su İdmanı Sarayının təşkilatçılığı ilə Olimpiya sistemi üzrə keçirilən yarışda 17 kişi, 6 qadın komandası qüvvəsini sınayıb.

Xanımların mübarizəsində "İl Azero" çempion tituluna yiyələnib. "UNEC" ikinci, "TİsA" üçüncü yerə layiq görülüb.

Kişi voleybolçuların yarışında "Taleh AT" qalib olub. Gümüş və bürünc medallara "Neftçi" və "Neftçi-2" komandaları layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.