DÜNYA


Çin Beynəlxalq İdxal Sərgisi üçün 5 min könüllü səfərbər edilib

Pekin, 7 oktyabr, AZƏRTAC

Noyabrın 5-10-da Şanxayda keçiriləcək birinci Çin Beynəlxalq İdxal Sərgisində “G20” dövlətlərindən və “Bir kəmər, bir yol” təşəbbüsünün əhatə etdiyi 50 ölkədən 2800 şirkət iştirak edəcək. Bundan başqa, Afrika qitəsinin 43 ölkəsindən 190 şirkət öz məhsulları ilə sərgiyə qatılacaq.

AZƏRTAC sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, artıq 1500 şirkətin məhsulları sərgidə nümayiş olunmaq üçün Şanxaya çatıb, daha 1000 şirkətin yükü yoldadır.

Təşkilat komitəsi bu tədbir üçün 5 min könüllünü səfərbər edib. Məhz sərgi üçün Şanxayda 8 istiqamət üzrə 200 avtobus xəttə buraxılacaq.

Çin tarixində idxal məhsullarının və xidmətlərinin təqdim olunacağı ən böyük sərgiyə yerli şirkətlərin marağı böyükdür. Çinin kommersiya nəhənglərindən olan “Suning Holdings Group” sərgi zamanı ən azı 1000 növ yeni məhsulun idxalına nail olmağı planlaşdırır.

Qeyd edək ki, Azərbaycan şirkətləri də Çin Beynəlxalq İdxal Sərgisində “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullarını təqdim edəcəklər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.