İDMAN


Çin idmançısı Liu Hong dünya rekordunu təzələyib

Bakı, 9 mart, AZƏRTAC

Çində 50 kilometr məsafəyə idman yerişi üzrə yarışda yerli idmançı Liu Hong dünya rekordunu təzələyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, atlet bu məsafəni 3 saat 59 dəqiqə 15 saniyəyə qət edib. Liu Hongdan əvvəl də bu məsafə üzrə dünya rekordu Çinin digər qadın idmançısı Liang Ruiyə (4 saat 4 dəqiqə 36 saniyə) məxsus idi.

Liu Hong 20 kilometr məsafəyə idman yerişi üzrə “Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi, dünya çempionatının qızıl, gümüş və iki dəfə bürünc mükafatçısıdır. İdmançı, eyni zamanda, bu məsafə üzrə 2015-ci ildə yeni rekord müəyyən edib (1 saat 24 dəqiqə, 38 saniyə).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.