DÜNYA
Çin on ildə 60 yeni AES tikməyi planlaşdırır
Bakı, 20 sentyabr, AZƏRTAC
Çin yaxın on ilə ölkədə 60 yeni atom elektrik stansiyasının tikintisini planlaşdırıb. Bu barədə Çinin Beynəlxalq radiosu məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Çin hökumətinin nüvə-elektrik texnologiyalar (SNPTC) kompaniyasının vitse-prezidenti Çjen Quanmin üç ən iri şirkətin – SNPTC, Çinin milli nüvə korporasiyası (CNNC) və China General Nuclear Power hər il azı iki AES tikəcəklərini bildirib. Qeyd olunub ki, bu məqsədlə hökumət 570 milyard ABŞ dolları ayıracaq.
Hazırda Çində ümumi gücü 28 giqavolt olmaqla 30 enerji bloku fəaliyyət göstərir. CNNC-ın prezidenti Sun Tsin bildirib ki, 2016-cı ildə ilk üzən AES-in tikintisinə başlanacaq. Onun sözlərinə görə, həmin AES 2019-cu ildə istifadəyə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]