DÜNYA


Çində “Payızın ortası” bayramı qeyd olunur VİDEO

Pekin, 24 sentyabr, AZƏRTAC

Çinin ənənəvi bayramlarından biri olan “Payızın ortası” və ya Ay festivalı bu il sentyabrın 24-nə təsadüf edir.

AZƏRTAC xəbər verir ki, Şərq ölkələrinin ənənəvi Ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan bu əlamətdar hadisə həm də “Ay çörəyi” bayramı adlanır. Buna səbəb bayram günlərində ayabənzər şirniyyatların hazırlanması və paylanılmasıdır. Bu ənənənin XIV əsrdə meydana çıxdığı güman olunur.

“Payızın ortası” bayramı ilə əlaqədar bir sıra əfsanələr var. Bunlardan biri ər-arvad olan mahir oxatan Xou İ və onun gözəl xanımı Çan E ilə əlaqədardır. Əfsanəyə görə, ölümsüzlük şərabı içən Çan Ayda yaşayır, Xou İ isə öldükdən sonra ruhu Günəşdə yaşamağa davam edir. Onlar hər il 8-ci ayın 15-ci günü görüşürlər. İnanclara görə, Ay məhz bu gecə ən parlaq və dairəvi vəziyyətdə olur.

Həmrəylik xarakteri daşıyan bu bayramı ailə üzvləri, yaxın qohumlar, dostlar bir yerə toplaşaraq qeyd edirlər. Bayram günlərində adətən ay çörəyi yeyilir, gecə Ay seyr edilir.

Bundan başqa, Ay festivalı günlərində həm də məhsul bayramı qeyd olunur.

“Payızın ortası” bayramı Çin ilə yanaşı, müxtəlif adlar altında və adət-ənənələr əsasında Vyetnam, Sinqapur, Malayziya, İndoneziya, Filippin və digər ölkələrdə də qeyd edilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.