İDMAN
Çində “Tour de Qinghai Lake” veloyürüşü davam edir VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Çində start götürən sayca 14-cü “Tour de Qinghai Lake” yürüşündə iştirak edir. Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 23 komanda iştirak edir ki, onlardan da 1-i dünya turu, 3-ü pro-kontinental və 19-u kontinental klubdur.
AZƏRTAC xəbər verir ki, nüfuzlu yarışda “Synergy Baku” 7 velosipedçi ilə təmsil olunur. Sinin şəhərində təşkil olunan ilk dairəvi mərhələdə iştirakçılar şəhər küçələri ilə 121 km məsafə qət ediblər. Komanda üzvlərimizdən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur. O, finişi mərhələ qalibi Sloveniyanın "Adria Mobil" komandasının üzvü Marko Kumpla eyni vaxtda keçsə də, fotofinişə əsasən 6-cı olub. Həmin pelotonun içərisində olan Maksim Averin 12-ci, Aleksandr Surutkoviç isə 14-cü nəticə göstərib.
“Tour de Qinghai Lake” yürüşünə iyulun 18-də yekun vurulacaq.