DÜNYA


Çində antikorrupsiya yoxlamalarının yeni raundu başlayıb

Bakı, 24 fevral, AZƏRTAC

Çinin baş antikorrupsiya orqanı təftiş yoxlamalarının yeni raunduna start verib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin 30 regionuna 15 işçi qrup göndərilib. Yoxlamalar vilayətlərlə yanaşı, bir sıra nazirlik və müəssisələrdə, o cümlədən kommersiya nazirliyində, baş gömrük idarəsində, mədəniyyət nazirliyində, dövlət statistika idarəsində və digər dövlət kompaniyalarında da aparılacaq.

Korrupsiyaya ilə genişmiqyaslı mübarizə kampaniyası Ci Cinpinin Çin Kommunist Partiyasının baş katibi (2012-ci ilin noyabrı) və Çin Xalq Respublikası sədri (2013-cü ilin martı) postlarına gəlişindən sonra başlayıb. Çin Kommunist Partiyasının intizam yoxlaması üzrə mərkəzi komissiyasının son məlumatına görə, son beş ildə müvafiq pozuntu səbəbindən müxtəlif səviyyələrdə 1,53 milyon partiya üzvü cəzalandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.