DÜNYA
Çində avtobusun çaya aşması nəticəsində ölənlərin sayı 13-ə çatıb
Pekin, 11 oktyabr, AZƏRTAC
Çinin şimalındakı Hebey əyalətində sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.
AZƏRTAC vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, “Jingye” şirkətinə məxsus poladəritmə zavodunun işçilərini daşıyan avtobus yerli vaxtla səhər saat 7 radələrində Cinye Pinşan rayonunda hələlik məlum olmayan səbəbdən çayın üzərindəki körpüdən aşaraq suya düşüb. Hadisə yerinə gələn xilasedicilər dərhal axtarış işlərinə başlayıblar. İçərisində 51 nəfərin olduğu avtobusun sərnişinlərindən 13 nəfər ölüb, 1 nəfər də itkin hesab olunur. Xilas edilənlərdən 7 nəfəri xəstəxanada həkim nəzarətindədir.
Hazırda itkin düşən şəxsin axtarışları davam edir. Avtobusun sürücüsü saxlanılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]