DÜNYA


Çində daşqınlar 16 nəfərin ölümünə səbəb olub VİDEO

Pekin, 18 avqust, AZƏRTAC

Çinin şimal-qərbindəki Çinhay vilayətində dağlıq ərazidə yağan şiddətli yağışlar 16 nəfərin ölümünə, 36 nəfərin itkin düşməsinə səbəb olub.

AZƏRTAC vilayət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, təbii fəlakət avqustun 18-də səhər erkən saatlarda paytaxt Sinin şəhərinin tabeliyindəki Daton rayonunda baş verib.

Bölgədə 2-ci dərəcəli fövqəladə vəziyyət elan olunub. İtkin düşənlərin axtarışlarına xeyli xilasedici və texnika cəlb olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.