DÜNYA


Çində koronavirusdan ölənlərin sayı 2 min 718-ə çatıb

Pekin, 26 fevral, AZƏRTAC

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 78 min 190, bu virus səbəbindən ölənlər isə 2 min 718 nəfərə çatıb.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 406 yoluxma, 52 ölüm faktı qeydə alınıb.

İndiyədək 29 min 780 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 8 min 752 xəstənin vəziyyəti kritikdir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 647 min nəfəri müəyyən edib, onlardan 79 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Cənubi Koreya, Yaponiya, İtaliya, İran, Sinqapur, ABŞ, Tailand, Avstraliya, Bəhreyn, Malayziya, Almaniya, Vyetnam, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Küveyt, Kanada, İspaniya, İsrail, İraq, Oman, Hindistan, Filippin, Rusiya, Avstriya, Belçika, Əfqanıstan, İsveç, Kamboca, Braziliya, Xorvatiya, Əlcəzair, Nepal, Livan, Misir, İsveçrə, Finlandiya və Şri-Lankada 2 min 800-dən çox yoluxma, 45 ölüm faktı qeydə alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.