DÜNYA


Çində qaz kəmərininin partlaması nəticəsində 8 nəfər həyatını itirib

Pekin, 3 iyul, AZƏRTAC

Çinin Quycou vilayətində qaz kəmərində baş verən partlayış nəticəsində azı 8 nəfər həyatını itirib, dördü ağır olmaqla 35 nəfər yaralanıb.

AZƏRTAC yerli hakimiyyət orqanlarının yaydığı məlumata əsasən bildirir ki, ilkin ehtimallara görə hadisəyə son günlər bölgədə davam edən leysan yağışlarının əmələ gətirdiyi sürüşmə səbəb olub. Çin Milli Neft Korporasiyasına (CNPC) məxsus qaz kəmərində baş verən partlayış nəticəsində yaranan güclü alov ətrafda yaşayan sakinlərin təxliyyə edilməsinə səbəb olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.