DÜNYA
Çində şiddətli yağışlar 12 nəfərin ölümünə səbəb olub VİDEO
Pekin, 17 iyul, AZƏRTAC
Çində şiddətli yağışların törətdiyi fəsadlar səbəbindən son iki gündə 12 nəfər ölüb, bir o qədər də insan itkin düşüb.
AZƏRTAC xəbər verir ki, Siçuan vilayətində təbii fəlakət nəticəsində Beyçuan rayonunda 6 nəfər ölüb, 12 nəfər itkin düşüb. Bundan başqa, 1400-ə yaxın sakin təxliyə edilib. Ümumilikdə, 23 minə yaxın sakin şiddətli yağışlardan ziyan çəkib, yollar yararsız hala düşüb, fərdi tikililərə zərər dəyib.
Qansu vilayətinin Lonnan şəhərində isə 6 nəfər təbii fəlakətin qurbanı olub. Vilayət üzə 100 minə yaxın sakin təbii fəlakətdən zərər çəkib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]