DÜNYA


Çində yaşayış binasında baş verən yanğında 8 nəfər ölüb

Pekin, 2 dekabr, AZƏRTAC

Çinin Yunnan vilayətində yaşayış binasında baş verən yanğında 8 nəfər ölüb, 3 nəfər yaralanıb.

AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 1:58-də vilayətin inzibati mərkəzi olan Kunmin şəhərinin Sişan rayonunda baş verib.

Polisin məlumatına əsasən, 5 nəfər sırf yanğın səbəbindən, digər 3 nəfər isə xilas olmaq üçün binanın müxtəlif mərtəbələrindən tullanarkən yıxılaraq ölüb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hazırda təhqiqat aparılır.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.