DÜNYA


Çində zəncirvari qəzada 37 avtomobil toqquşub

Pekin, 6 dekabr, AZƏRTAC

Çinin cənub-qərbindəki Quycou vilayətində 37 avtomobilin toqquşması ilə zəncirvari qəza baş verib.

AZƏRTAC yerli KİV-lərinə istinadla xəbər verir ki, səhər saatlarında G4215 avtomagistralının Sişuy qəzasından keçən hissəsində baş verən hadisə nəticəsində 23 nəfər yaralanıb. Qəzaya dumanlı hava şəraiti ilə əlaqədar yolun sürüşkən olması və görmə məsafəsinin xeyli azalması səbəb olub.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Qəzadan bir neçə saat sonra yolda avtomobillərin normal hərəkəti bərpa edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.