CƏMİYYƏT


Çinin epidemiya ilə mübarizəsinə dəstək məqsədilə videoçarx hazırlanıb  VİDEO

Pekin, 18 fevral, AZƏRTAC

Çinin yeni tip koronavirus (COVİD-2019) epidemiyası ilə mübarizəsinə dəstək məqsədilə videoçarx hazırlanıb.

AZƏRTAC xəbər verir ki, videoda Azərbaycanın belə çətin günlərdə Çin xalqı ilə həmrəyliyi, Çinin epidemiya ilə mübarizəsinə dəstəyi ifadə olunub.

Çində təhsil alan və müvəqqəti yaşayan, vaxtilə Çinin ali təhsil ocaqlarından məzun olmuş azərbaycanlılar, uşaqlar videoda Çinə dəstəklərini və arzularını bildiriblər.

Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı bu müvəqqəti çətin günlərdə də Azərbaycan xalqının dost Çin xalqı ilə həmrəy olduğunu bir daha bəyan edib. O, Çin hökumətinin və xalqının koronavirus epidemiyasına qarşı mübarizədə tezliklə qalib gələcəyinə, ölkənin inkişafının, tərəqqisinin davam edəcəyinə ümidvar olduğunu deyib.

Videoda epidemiya ilə mübarizədə həkimlərin böyük fədakarlığına, epidemiyanın davam etdiyi günlərə təsadüf edən Çin Mərkəzi Televiziyasının (CCTV) Çin Yeni ili qala konsertində Azərbaycan rəqqaslarının çıxışlarına, ölkəmizdən epidemiya ilə mübarizə məqsədi ilə Çinə göndərilən humanitar yardımlara dair kadrlar da yer alıb.

Videoçarx “china.com.cn” xəbər portalında və bir neçə saytda yerləşdirilib, "Wechat" sosial şəbəkəsində geniş yayılıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.