MƏDƏNİYYƏT
“Çölçü” filmi beynəlxalq kinofestivalının rəsmi müsabiqəsində iştirak edəcək
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filmi beynəlxalq kinofestivalının rəsmi müsabiqəsində iştirak etmək üçün dəvət alıb.
Festivalın rəsmi müsabiqəsində bədii filmlər, qısa filmlər, sənədli filmlər, animasiya filmləri yarışacaq. Seçim turunun əsas mərhələsinə 30 ölkədən 147 film qəbul olunsa da, müsabiqədən 54 film keçib.
“İndian Cine Film Festival- 2014”ün məqsədi möhtəşəm kinematoqraf ideyalarının yarışması, mübadiləsi və inkişafına , yeni istedadların üzə çıxmasına imkan yaratmaqdır.
“Çölçü” bədii filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.
“Çölçü” bədii filmi 22 beynəlxalq kinofestivalı və forumlarda iştirak edib, mükafat və diplomlara layiq görülüb.