Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Çoxqütblü, yoxsa çoxtərəfli dünya nizamı: bəşəriyyət seçim qarşısında

Çoxqütblü, yoxsa çoxtərəfli dünya nizamı: bəşəriyyət seçim qarşısında

Mütəxəssislər və siyasətçilər uzun müddətdir ki, qlobal dünya nizamının gələcəyi ilə bağlı diskussiyalar aparırlar. Maraqlı təkliflər irəli sürülür. Keçən əsrin 70-80-ci illərində Qərbdə "çoxqütblü dünya" modelindən danışmağa başladılar. Rusiyada Yevgeni Primakov isə 1996-cı ildə Hindistana səfəri zamanı Rusiya-Hindistan-Çin mərkəzli yeni dünya modeli yaratmağı təklif etdi. Bu, çoxqütblü dünya modeli ilə bağlı konkret addım hesab edilir. Ancaq o zamandan bu yana çoxqütblü dünya modeli qurulmur. Faktiki olaraq bəşəriyyət yenə də təkqütblü dünyanın ziddiyyətləri içində çapalayır. Liderlər də zaman-zaman bunu etiraf edirlər. Bəs səbəb nədən ibarətdir? Niyə böyük dövlətlər və beynəlxalq təşkilatlar çıxış yolu tapa bilmirlər? Biz bu məsələnin bir sıra aspektlərinin nəzəri-geosiyasi təhlilinə ehtiyac görürük.

Dünya nizamı modelinin transformasiyası: zərurət və çətinlik

Bu gün çoxqütblü dünya nizamının formalaşması zərurəti barədə bir sıra analitiklər araşdırma aparırlar. Maraqlı ideyalar irəli sürülür, təkliflər verilir. Lakin onların heç biri reallaşmır. Siyasi liderlər də bu məsələnin üzərində çox dayanırlar. Hətta keçən əsrin 90-cı illərinin ortalarında çoxqütblü dünya modelinə keçidin konkret mexanizmləri belə təklif edilmişdi. Məsələn, Yevgeni Primakov Rusiya-Hindistan-Çin ("РИК") modelini irəli sürmüş, onu birqütblü dünyaya alternativ ola biləcək yeni qlobal nizamın əsası adlandırmışdı (bax: Примаков Е.М. Международные отношения накануне XXI века: проблемы, перспективы / Международная жизнь. 1996, №10, c.3-13).

Qərb analitikləri isə çoxqütblü dünya modelinin əsasının keçən əsrin 70-80-ci illərinə gedib çıxdığını ifadə edirlər (bax: Райс К. Полюс свободы и справедливости. Многополярность как теория соперничества / Россия в глобальной политике. 2003, №3). Bu zaman həmin modelə birmənalı münasibət olmadığı da vurğulanmalıdır. Onun tərəfdarları olduğu kimi, əleyhdarları da var. Məsələn, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays çoxqütblü dünya modelini birtərəfli və kimlərəsə imtiyaz verən ideya olduğuna görə tənqid edirdi. O yazırdı: "Çoxlarının yüksək tonla vurğuladığı çoxqütblülük ideyası birləşdirici güc ola bilməz. Çoxqütblülük rəqabət, rəqabətdə olan maraq və dəyərlər nəzəriyyəsidir. Bu ideologiya bizi bəşəriyyətin qarşısında dayanmış böyük vəzifələrin həllindən uzaqlaşdırma təhlükəsi yaradır" (bax: əvvəlki mənbəyə).

Lakin məsələ burasındadır ki, çoxqütblülük ideyası dünyanın birqütblü modelə keçməsi nəticəsində meydana çıxan çoxlu sayda problemləri həll etmək zərurətindən meydana atılmışdı. Sanki bəşəriyyəti üzləşdiyi ciddi təhlükələrdən və dünyanın lideri hesab edilən ölkənin şıltaqlığından kollektiv surətdə xilas etmək məqsədi güdülürdü. Ancaq dərinliklərə gedəndə, doğrudan da, reallıqda başlıca məqsədin bir təhlükəni və ədalətsiz yanaşmanı digəri ilə əvəz etmək olduğu aydınlaşır.

Bəlkə bu səbəbdən idi ki, Çin rəhbərliyi bir qədər fərqli model irəli sürdü. Onu "doszihua" adlandırırdılar ki, Mao Tsedunun nəzəri irsinə əsaslanırdı. Bu yanaşmaya görə, dünya siyasətinin "hibrid" strukturunun formalaşması meydana gəlir ki, bu da özlüyündə həm keçmiş, həm də gələcək dünya nizamını ehtiva edir (bax: Suisheng Zhao. "Beijing’s Perceptions of the International System and Foreign Policy Adjustment after the Tiananmen Incident" / Suisheng Zhao (ed.), Chinese Foreign Policy. Pragmatism and Strategic Behavior. New York: East Gate Book, 2004, p.142).

Bunlara baxmayaraq, siyasi liderlər birqütblü dünya modelindən imtina edilməsində çox israrlıdırlar. Vladimir Putin 2016-cı ilin oktyabrında vurğulayıb ki, "mən çox istərdim ki...dünya çoxqütblü olsun və beynəlxalq birliyin iştirakçılarının bütün üzvlərinin rəyi nəzərə alınsın" (bax: Заседание Международного дискуссионного клуба "Валдай" / Kremlin.ru, 27 oktyabr 2016). Bundan bir neçə ay əvvəl isə etiraf etmişdi ki, ABŞ superdövlətdir və Rusiya bunu qəbul edir" (bax: Пленарное заседание Петербургского международного экономического форума / Kremlin.ru, 17 iyun 2016). Deməli, siyasətçilər çoxqütblü dünya arzulamaqdan o tərəfə keçməyib və real olaraq dünya birqütblü modelin əsirliyində qalmaqdadır.

Bu yanaşmalarda bir ziddiyyətin olduğu aydın görünür – bir tərəfdən birqütblü dünya modeli qəbul edilmir, digər tərəfdən isə çoxqütblü modelin də təhlükəli olduğu vurğulanır. Çoxqütblü modeldə məhdud sayda dövlət hegemonluq edə bilər və kiçik dövlətlərin maraqları nəzərə alınmaz. Hətta kiçik dövlətlərdən güclülər öz maraqları üçün aktiv surətdə istifadə edə bilərlər (bax: Кортунов А.В. Почему мир не становится многополярным / Россия в глобальной политике, 26 iyun 2018).

Əsas mexanizmlər: ədalətli, obyektiv və ikili standartlarsız dünyaya doğru

Biz bu geosiyasi problemin bütün aspektləri üzərində dayanmaq fikrindən uzağıq. Burada vurğulamaq istədiyimiz məhdud sayda faktorlar vardır. Onların işığında Cənubi Qafqazda müstəqilliyini əldə etmiş ölkələr üçün də müəyyən dərəcədə əhəmiyyəti olan məqamlara nəzər salmaq olar.

Mütəxəssislər çoxqütblü dünya modelinə keçidin çətinliklərindən danışarkən nədənsə regional münaqişələrin ədalətli həlli məsələsini unudurlar. Yuxarıdakı müqayisələrdən də görünür ki, çoxqütblü dünya modeli də münaqişələrin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllinə təminat vermir. Çünki əgər məhdud sayda güclü dövlətlər həmin modelin aparıcı kəsimi olacaqsa, onda konkret münaqişəyə onlar öz maraqları aspektində yanaşacaqlar.

Təcrübə göstərir ki, çoxqütblü dünya modelində əsas rollara ABŞ, Aİ ölkələri, Rusiya, Çin, Hindistan, Braziliya iddialıdırlar. Bunlardan 3-ü – ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış xüsusi qrupun həmsədrləridir. Bu kontekstdə onu çoxqütblülüyün kiçik modeli adlandırmaq olar. Bu günə qədər həmin model konkret heç bir nəticə verməyib. Ortada vədlər və sözlər vardır, prinsiplər müəyyənləşib, ancaq real addım atan yoxdur. Beynəlxalq təşkilatlar qətnamələr qəbul ediblər ki, Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxsınlar. Lakin nə İrəvan buna əməl edir, nə həmsədr dövlətlər təkid edir, nə də BMT qətnamələrin yerinə yetirilməsini tələb edir.

Deməli, konkret olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çoxqütblü model işləmir. Lakin bu o demək deyil ki, başqa münaqişələrə də münasibət belədir. Təcrübə göstərir ki, böyük dövlətlərdən hər hansı birinin marağı olduğu məsələlər üzrə qəbul edilən sənədlər dərhal reallaşır. Məsələn, Əfqanıstan, Somali, İraq, Suriya və başqaları ilə bağlı qəbul edilən sənədlər gecikmədən yerinə yetirildi. Bu, onu ifadə edir ki, çoxqütblü modeldə aparıcı ola biləcək güclü dövlətlər digərlərinin maraqlarını tam gözləmirlər. Burada ayrı-seçkilik özünü göstərir.

Bəs çıxış yolu nədən ibarət ola bilər? Mütəxəssislər "çoxqütblü" termininin yerinə "çoxtərəfli" terminini işlətməyi daha uyğun bilirlər. Burada bir məntiq vardır. Çoxtərəflilik bəri başdan kimlərəsə imtiyaz vermir. Həmin modeldə bütün üzvlər üçün fəaliyyət meydanı mövcud olur. "Çoxqütblülük yeni dünya nizamını güc əsasında qurmağı, çoxtərəflilik isə maraqlar üzərində qurmağı nəzərdə tutur" (bax: əvvəlki mənbəyə).

Çoxqütblü dünyada bir-birini balanslaşdıran bloklar olur, çoxtərəflidə "bir-birini tamamlayan rejimlər" mövcud olmalıdır. Çoxqütblü dünya güc balansını periodik olaraq korrektə etmək vasitəsi ilə inkişaf etməlidirsə, çoxtərəfli qarşılıqlı asılı elementlərin yığılması və yeni inteqrasiya səviyyəsinə çıxış əsasında inkişaf etməlidir" (bax: əvvəlki mənbəyə).

Göründüyü kimi, çoxtərəfli dünya modeli daha liberal və demokratik təsir bağışlayır. Onun inkişaf potensialı daha çoxdur. Ancaq yenə də əsas məsələ başqa müstəvidədir. Çünki çoxtərəfli modeldə də daha güclülər özlərindən zəifləri sıxışdırmaq imkanı əldə edirlər. Burada da hüquq məsələsində bir iyerarxiyaya yer verilir. Deməli, əsas məsələ münasibətləri tənzimləmək üçün ədalətli və beynəlxalq hüquqa uyğun səmərəli mexanizmlərin işlənib hazırlanmasından ibarətdir. Elə mexanizmlər ki, ikili standartlara imkan verilməsin. Beynəlxalq sistemin bütün üzvlərinə eyni dərəcədə obyektiv, hüquqi normalar çərçivəsində yanaşılsın. Mövcud münaqişələr də həmin prinsiplər əsasında birdəfəlik həll edilsin.

Əsas məsələ dünyanın buna hazır olub-olmamasındadır? Sözdə və nəzəriyyədə deyil, əməldə, praktikada liberal, demokratik, ədalətli və obyektiv olmağa hazır supergüc mövcuddurmu? Kim bir nümunə göstərə bilər?

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir