DÜNYA


COVID-19: Fransada su samuru fermasında koronavirus aşkarlanıb

Paris, 24 noyabr, AZƏRTAC

Fransada fəaliyyət göstərən 4 su samuru fermasından birində Ör-və-Luar (Eure-et-Loir) fermasında Sars-CoV-2 virusu yayılıb. Digər fermalarda da analizlər aparılır.

Su samuru insanı yenidən yoluxdura və hazırlanan peyvəndləri təsirsiz edə bilər.

AZƏRTAC xəbər verir ki, Fransanın Kənd Təsərrüfatı Nazirliyi həmin fermada 1000 su samurunun məhv edildiyini bildirib.

Su samurunun COVID-19 infeksiyasına yoluxması Danimarka, Niderland və İsveçdə daha çox müşahidə olunub. Fransada noyabrın ortalarından aparılan analizlərin nəticəsində Ör-və -Luar fermasında virusun dolaşdığı aşkarlanıb.

Heyvanlar arasında su samurunun insanları yenidən yoluxdurmaq təhlükəsi və bu heyvanlardan insana ötürülən virusun yenidən mutasiya etməsi və inkişaf mərhələsində olan peyvəndin təsirsiz hala gətirəcəyi təhlükəsinə görə aidiyyəti fermadakı heyvanlar məhv edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.