İQTİSADİYYAT


Cari əməliyyatlar hesabının profisiti ÜDM-in 8 faizini təşkil edib

Bakı, 14 sentyabr, AZƏRTAC

2021-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 1,9 milyard dollar və ya ÜDM-in 8 faizini təşkil edib (2020-ci ilin 6 ayı üzrə 598,2 milyon dollar profisit olub).

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar balansı (CƏB) profisiti ötən ilin müvafiq dövrünə nəzərən 40,7 faiz artaraq 4,6 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 1,8 faiz artaraq 2,7 milyard dollar məbləğində olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.