İQTİSADİYYAT


Cari ildə ÜDM-in 9,4 faizi nəqliyyat vasitələrinin təmiri sahələrində istehsal olunub

Bakı, 28 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 9,4 faizi nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,5 faizi isə informasiya və rabitə sahələrində istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 8,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,6 faiz, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6 faiz azalıb.

Qeyd edək ki, on ayda ölkədə ÜDM 65 milyard 233 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.