DÜNYA


Cari ildə Yaponiyada rekord sayda şirkətin bağlanacağı gözlənilir

Tokio, 24 sentyabr, AZƏRTAC

Yaponiyada koronavirus pandemiyasının iqtisadiyyata təsiri nəticəsində bu il rekord sayda şirkətin bağlanacağı gözlənilir.

AZƏRTAC “Tokyo Shoko Research” özəl tədqiqat mərkəzinə istinadla xəbər verir ki, cari ilin yanvarından avqustunadək Yaponiyada 35 mindən çox şirkət öz fəaliyyətini dayandırıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz çoxdur.

Mərkəzdən bildirilib ki, belə davam edəcəyi təqdirdə ilin sonunadək bağlanan şirkətlərin sayı 50 mini ötə bilər. Bu, 2000-ci ildən bəri başlamış həmin tədqiqatlar üzrə ən yüksək göstərici olacaq.

Bununla yanaşı, Yaponiya Əmək Nazirliyi cari ildə koronavirus pandemiyasına görə 60 mindən çox insanın iş yerini itirdiyini də bildirib. Həmin göstərici dövlət məşğulluq mərkəzlərinin regional bürolarının hesabatlarına əsasən müəyyən edilib. Nazirlikdən bildirilib ki, bununla bağlı real rəqəmlər çox güman daha yüksəkdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.