İQTİSADİYYAT
Cari ildə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 21 faizi tikintiyə sərf edilib
Bakı, 20 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 53,7 faizi sənaye, 21 faizi tikinti, 12,7 faizi nəqliyyat və anbar təsərrüfatına sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitin 3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi informasiya və rabitə, 1,4 faizi təhsil, 1,3 faizi səhiyyə, 0,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, hər birində 0,4 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,1 faiz olmaqla isə maliyyə və sığorta fəaliyyəti və digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə xərclənib.